Koronavirusla bağlı 190 manat birdəfəlik yardım üçün imtina cavabı alanlar yenidən qeydiyyatdan keçə bilər. Onlar bunun üçün yerli məşğulluq idarələrinə, həmçinin e-mail vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.
Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, imtina ilə bağlı narazılığı olan hər bir vətəndaşın müraciətinə cavab göndəriləcək:
"Həmin vətəndaşların şikayətlərinə 15 iş günü ərzində cavab verilir. Lakin təkrar yoxlanma tələb olunarsa, bu müddət uzadıla da bilər. Vətəndaşlar müraciət ediblərsə, mütləq onlara cavab gələcək".
Qeyd edək ki, aşağıdakı videoda yenidən müraciət edəcəyiniz elektron ünvanlar göstərilib. redaktor.az