Karantini ən çətin keçirən uşaqlardır — Psixoloq SƏBƏBİ AÇIQLAYIR
- 04.05.2020, 11:51,
- Cəmiyyət
- Baxılıb: 196
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün milyonlarla insanın həyat tərzini dəyişən karantin böyüklərdə olduğu kimi uşaq psixologiyasında da öz təsirini göstərir. Karantin səbəbilə məktəblərin və bağçaların fəaliyyətinin dayandırılması uşaqların evdə daha çox vaxt keçirməsinə səbəb olub. Buna görə də valideynlərlə uşaqlar arasında müəyyən problemlər yaşanır. Bəs buna səbəb nədir?
Psixoloq Mədinə Rəsulzadə “Ölkə.Az”a açıqlamasında bunun uşaqların öyrəndikləri həyat tərzini dəyişdiklərinə görə baş verdiyini bildirib.
“Karantin dönəmində uşaqlar daha çox hiperaktiv olublar. Bunun əsas səbəbi uşaqların sosial aktivliklərinin məhdudlaşdırılması, "kids club", bağça, məktəb və.s yerlərdən təcrid olmalarıdır. Vəziyyətdən məmnun olmayan azyaşlılar bu dönəmdə “enerji partlaması” yaşayır və çox hərəkətlidirlər. Valideynlər daha çox uşaqlarının həddən artıq hərəkətliliyindən, müəyyən davranış pozuntularından və diqqət dağınıqlığından şikayət edirlər”,- deyə o, bildirib.
Qeyd edək ki, Azərbaycanda karantin ən azı may ayının 31-nə qədər davam edəcək.