Azərbaycanda koronavirus yenidən alovlana bilər — XƏBƏRDARLIQ
- 24.04.2020, 15:28,
- Cəmiyyət
- Baxılıb: 206
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda koronavirus bitməyib. Əgər karantin tamamilə aradan qaldırılsa, xəstəlik yenidən alovlana bilər”.
Oxu.az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, insanların gigiyenik qaydalara əməl etmələri ən azı bu ilin sonuna qədər vacibdir:
“Azərbaycanda aparılan izolyasiya tədbirləri xəstəlik sayında azalmalara səbəb olub. Xəstəliyin sürətlə artmadığını görürük. Növbəti dalğaya hazır olmaq üçün sistemlərin gücləndirilməsinə ehtiyac var”.