Apreldə Azərbaycana qar yağdı — FOTO
- 23.04.2020, 09:30,
- Cəmiyyət
- Baxılıb: 191
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün axşam saatlarından Qubanın dağlarına qar yağmağa başlayıb.
Qafqazinfo xəbər verir ki, yağışla başlayan yağıntı sonradan qara çevrilib.
Xınalıqda qarın hündürlüyü 3 sm-ə çatıb.
Digər ucqar kəndlər olan Buduq, Zeyid Xaltan, Qrız və Haputda da qarın hündürlüyü ən azı 2-3 sm təşkil edir.
Qeyd edilir ki, qarlı hava şəraitinə baxmayaraq, yollarda problem müşahidə edilmir.