Koronavirus infeksiyasının qarsısının alınması məqsədilə avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə verilib. Real xəbər verir ki, bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur.
Bu, karantin qaydalarını pozmaqla yanaşı, həm də koronavirus infeksiyasının inkişafına dəstək verməkdir.
Hazırda paytaxtda avtobuslarda problem azalmaq yerinə getdikcə çoxalır. Necə deyərlər, iynə atsan, insan əlindən yerə düşməz. Karantin rejiminin qaydalarına məhəl qoymayanlar da vətəndaşlardır, mövcud vəziyyətdən narazı qalıb şikayətlənənlər də...