Saatlı rayonu ərazisində geniş miqyaslı tədbirlər davam etdirilir - ÖZƏL



Son illər Saatlı rayonu sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün rayonda görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir. Yəqin bilirsiniz ki, ötən hesabat yığıncaqlarında mən abadlıq işləri ilə əlaqədar lazımı qədər məlumatlar vermişəm. Həmçinin qeyd etmişəm ki, bu işlər gələcəkdə daha geniş miqyasda davam etdiriləcəkdir. Xüsusən də Saatlı şəhərinin mərkəzi hissəsi bizim hazırladığımız layihələr üzrə tamamilə yenidən qurulacaqdır. Saatlılar Siraqəddin Cabbarovun Saatlı rayon İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Saatlının tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.

Saatlı rayonu ərazisində geniş miqyaslı tədbirlər davam etdirilir



Saatlı rayonu ərazisində Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün tapşırıq və tövsiyyələrə uyğun olaraq rayonda geniş miqyaslı tədbirlər davam etdirilir. Bu işlərə aidiyyəti qurumlar, bütün inzibati ərazi üzrə icra nümayəndəlikləri, yerli özünüidarəetmə orqanları cəlb olunmuşdur.


Saatlı rayonu ərazisində Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar geniş miqyaslı tədbirlər həyata keçirilir


Saatlı rayonu ərazisində Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün tapşırıq və tövsiyyələrə uyğun olaraq rayonda geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu işlərə aidiyyəti qurumlar, bütün inzibati ərazi üzrə icra nümayəndəlikləri, yerli özünüidarəetmə orqanları cəlb olunmuşdur.
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Saatlı şəhərinin bütün küçələri, mərkəzi park və meydanlar, rayonun 44 yaşayış məntəqəsi üzrə fərdi yaşayış evləri, inzibati binalar, sahibkarlıq obyektləri, küçələr, kəndarası yollar, habelə Saatlı şəhər ərazisində 51 ədəd və Sarıcalar kəndi ərazisində 20 ədəd çox mənzilli yaşayış binasının həyətyanı sahələri və giriş-çıxışları, Nərimanov kəndi ərazisində yerləşən məcburi köçkün qəsəbəsində 105 fərdi evin həyəti 3 dəfə dezinfeksiya edilərək yuyulmuşdur. Bundan əlavə rayonun ərazisində yerləşən park və meydanların girişləri bağlanmış və oturacaqlar yığışdırılmışdır. Rayonun din xadimləri ilə söhbətlər aparılmış, ibadət üçün insanların məscidlərə toplaşmamaları izah olunmuşdur. 
Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tövsiyyələrlə bağlı Saatlı rayonunda yaradılmış 128 mobil qruplar tərəfindən Saatlı şəhərinin mərkəzi küçə və parklarında, eyni zamanda mərkəzi bazar ətrafında, rayonun digər kənd yaşayış məntəqələrində  aidiyyəti qurumlarla birgə əhali ilə maarifləndirici söhbətlərin aparılması tədbirləri görülür.
65 yaşdan yuxarı tənha sakinlərin müəyyən edilməsi, onlara sosial-məişət xidmətləri göstərilməsində, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərinin edilməsində və sair işlərdə lazımi köməkliklər göstərilməsi davam etdirilir.
Şou Biznes