“WhatsApp”ı kompüterdə işlədənlər üçün təhlükə yaranıb
- 07.02.2020, 14:13,
- Cəmiyyət
- Baxılıb: 400
Facebook
Вконтакте
Одноклассники
Google+
“WhatsApp” messencerinin masaüstü kompüterlərdən yazışmağa imkan verən kliyentində ciddi boşluq aşkar edilib.
“ICTnews” xəbər verir ki, sözügedən boşluğun həm “Windows”, həm də “macOs” üçün kliyentlərdə mövcud olduğu məlum olub.
Cinayətkarlar mesajlara “jаvascript” kodu yerləşdirməklə kompüterdəki fayllara uzaq məsafədən müdaxilə edə, mesajların mətnini dəyişdirə və ya zərərli proqram təminatı quraşdırmaq imkanına malik olublar.
Bu vəziyyət proqram tərtibatçılarının “Chromium” mühərrikinin köhnə versiyasından istifadə etməsi ilə izah edilib.