İcra hakimiyyəti Şəmkirdə məscidin sökülməsi iddialarına cavab verdi — VİDEO

  • 16.09.2020, 12:28,
  • Bölgə
  • Baxılıb: 359
İcra hakimiyyəti Şəmkirdə məscidin sökülməsi iddialarına cavab verdi — VİDEO


Ötən gün sosial şəbəkələrdə Şəmkir şəhərində məscid binasının söküldüyünə dair videogörüntülər yayılıb.
Videogörüntülərin şəhərin Dəllər qəsəbəsində lentə alındığı bildirilib. İddia edilir ki, yarımtikili vəziyyətdə olan məscid binası icra hakimiyyəti tərəfindən sökülür. Məscidin yerində isə şəhid ailəsi üçün ev tikiləcək. 

Daha maraqlı məqam isə videogörüntüləri çəkən şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar olub. 

Məsələ barədə daha ətraflı məlumat almaq üçün Şəmkir Şəhər İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyidov Oxu.Az-a açıqlamasında Dəllər qəsəbəsində məscid binasının sökülməsi və yerində şəhid ailəsinə ev tikiləcəyi ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib:

 “Sadəcə 15 il bundan əvvəl bir qrup Dəllər qəsəbə sakini tərəfindən həmin ərazidə məscid tikilməsi üçün müraciət ünvanlanıb. Lakin həmin vaxtdan aidiyyəti qurumlar tərəfindən tikintiyə icazə verilməyib. Bu gün isə orada olan 3 sot torpaq sahəsində şəhid ailəsi üçün ev tikilir. Bu gün Şəmkir rayonunda şəhidlərə və onların ailələrinə necə dəyər verildiyi hamıya məlumdur. Gəlin səmimi olaq, kim onların bu istəyinə “yox” deyə bilər? Həmin torpaq sahəsi kimlərsə tərəfindən satılmayıb. Şəhid ailəsinə verilib, həm də özlərinin arzusu ilə... Videoda görünənlər və danışılanlar təxribatdır.
Ən azı ona görə ki, həmin ərazidə 15-20 sota yaxın torpaq var. Aidiyyəti qurumlar tərəfindən icazə verilsə, qəsəbəyə uyğun məscidin tikilməsi üçün kifayət qədər ərazi var. Şəhid ailəsi üçün tikilən ev isə həmin əraziyə heç bir maneçilik törətmir. Bu videonu çəkən şəxs də sosial şəbəkələrdə şər, böhtan xarakterli məlumatlar yaydığı üçün məhkəmə qarşısına çıxarılıb və məhkəmədə videonu təxribat üçün kimlərinsə təhriki ilə çəkdiyini etiraf edib. İcra Hakimiyyəti tərəfindən isə heç kimə təzyiq göstərilməyib. Biz hüquqi dövlətik və ölkəmizdə her şey hüquqi müstəvidə tənzimlənir. Həmin şəxs də törətdiyi əmələ görə hüquq qarşısında cavab verib”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, videonu çəkən Dəllər qəsəbə sakini Edqar Osmanov saxlanılıb. Məhkəmənin qərarı ilə E. Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

<embed src='https://baku.tv/embed/24601' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>
  • Нравится
  • 0
  • Cosaxq
  • 27-11-2022, 18:36
  • : 18:36
levaquin 500mg drug levaquin usa
действия
Şou Biznes